...

Yerevanda siyasi məhbusların müdafiəsi ilə bağlı aksiya keçirilir

Dünya xəbərləri Materials 10 Yanvar 2014 14:50 (UTC +04:00)
Yerevanın mərkəzindəki Azadlıq meydanında toplaşan çoxlu sayda vətəndaş ötən ilin noyabrında "Anonimus" adlı aksiyada iştirak edən Şant Arutyunyanın və onun yoldaşlarının azad olunması tələbi ilə aksiya və yürüş keçirirlər.
Yerevanda siyasi məhbusların müdafiəsi ilə bağlı aksiya keçirilir

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Yerevanın mərkəzindəki Azadlıq meydanında toplaşan çoxlu sayda vətəndaş ötən ilin noyabrında "Anonimus" adlı aksiyada iştirak edən Şant Arutyunyanın və onun yoldaşlarının azad olunması tələbi ilə aksiya və yürüş keçirirlər. Trend-in məlumatına görə, bu barədə cümə günü "Armenia Today" xəbər verib.

Aksiya və yürüşün iştirakçıları Baş Prokurorluğun binasına doğru gedirlər. Aksiya iştirakçıları arasında Arutyunyanın oğlu Şaqen Arutyunyan və bu yaxınlarda azad olunmuş müxalifət fəalı Tiqran Arakelyan da var.

Azadlıq meydanına toplaşan vətəndaşlara "İrs" partiyasının lideri Raffi Ovannisyan da qoşulub. O jurnalistlərlə söhbətində bildirib ki, meydana Şant Arutyunyanın və onun yoldaşlarını dəstəkləmək və ölkədə siyasi məhbusların olmasına öz etirazını bildirmək məqsədilə adi vətəndaş kimi gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti