Azərbaycan, Bakı, 22 yanvar /Trend/
Kiyevin Qruşevski küçəsində keçirilən etiraz aksiyasının iştirakçısı odlu silahdan açılan atəş nəticəsində yaralanaraq ölüb. Trend-in çərşənbə günü "İTAR-TASS"a istinadən verdiyi məlumata görə, bunu Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat katibi Sergey Burlakov deyib.
Onun sözlərinə görə, həmin küçədə olan milis əməkdaşları aksiya iştirakçısını yaralaya bilməzdi: "Çünki buradakı hüquq-mühafizə orqanları əmədaşlarının odlu silahı yoxdur".
Qeyd edək ki, daha əvvəl verilən məlumata görə, Kiyevin Qruşevski küçəsində etirazçılarla asayiş keşikçiləri arasında baş verən toqquşmada etirazçılardan biri güllələnib.
Gənc dörd güllə yarası alıb. Hadisə təxminən səhər saat altıda qeydə alınıb.