...

Pan Gi Mun: İran Suriya böhranının sülh yolu ilə həlli prosesində iştirak etməlidir

Dünya xəbərləri Materials 22 Yanvar 2014 23:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

"Cenevrə-2"nin yekunlarına dair mətbuat konfransında BMT-nin baş katibi Pan Gi Mun bəyan edib ki, onun fikrincə, İran Suriyanın sülh yolu ilə həlli prosesində iştirak etməlidir. Bu barədə Trend Ria Novosti agentliyinə istinadən məlumat verir.

"Regionun bütün ölkələri, İran da daxil olmaqla bu prosesin tərkib hissəsi olmalıdır. Bu ölkələrin təsiri var və onlar məsələnin həllinə töhfə verə bilərlər.

Biz hesab edirik ki, İran dəvət olunmalıdır. Lakin konsensus (İranın iştirakına dair) əldə edə bilmədik", - BMT baş katibi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti