...

İspaniyanın "Rasinq" klubunun futbolçuları meydanda tətil ediblər

Dünya xəbərləri Materials 31 Yanvar 2014 11:12 (UTC +04:00)
"Rasinq" klubunun futbolçuları İspaniya Kubokunun dördə bir finalında evdə "Real Sosyedad"la cavab matçını oynamaqdan imtina ediblər.
İspaniyanın "Rasinq" klubunun futbolçuları meydanda tətil ediblər

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

"Rasinq" klubunun futbolçuları İspaniya Kubokunun dördə bir finalında evdə "Real Sosyedad"la cavab matçını oynamaqdan imtina ediblər. Trend-in məlumatına görə, bu barədə "Exo Moskvı" radiostansiyası "Evropa Press" agentliyinə istinadən xəbər yayıb.

Oyunçular meydana çıxıblar, dayanıblar, azarkeşləri alqışlayıblar və tribunaların altına qayıdıblar. Maaşların ödənilməməsi və Direktorlar Şurasının istefaya getmək istəməməsi tətilin başlamasına səbəb olub. "Rasinq"in idmançıları və məşqçiləri artıq beş aydan çoxdur ki, pul almırlar.

Tətilə görə futbolçuların yarışlarda iştirakdan məhrum ediləcəkləri gözlənilir. Hələ ki hakim "Rasinq"ə 0:3 hesablı texniki məğlubiyyət verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti