...

Krım parlamenti Krım tatarlarının hüquqlarının bərpa edilməsi haqqında qərar qəbul edib

Dünya xəbərləri Materials 11 Mart 2014 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart/Trend/

Krım parlamenti Krım tatar xalqının hüquqlarının bərpa edilməsinin təminatları və onun Krım cəmiyyətinə inteqrasiyası haqqında qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İTAR-TASS Krım Muxtar Respublikasının mətbuat xidmətinə istinadən xəbər verir.

Krım parlamenti daha əvvəl muxtar respublikanın müstəqilliyi haqqında bəyannamə qəbul edib. Sənəd referendumun keçirilməsini və Krımın sonradan Rusiyanın tərkibinə qatılmasının mümkünlüyünü nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti