...

XİN rəhbəri: Türkiyə Suriyada öz ərazisini qorumağa hazırdır

Dünya xəbərləri Materials 27 Mart 2014 06:25 (UTC +04:00)
Türkiyə Suriyada öz ərazisini qorumağa hazırdır.
XİN rəhbəri: Türkiyə Suriyada öz ərazisini qorumağa hazırdır

Azərbaycan, Bakı, 27 mart / Trend /

Türkiyə Suriyada öz ərazisini qorumağa hazırdır. Trend "Anadolu" agentliyinə istinadən bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə hərbçiləri Süleyman Şah türbəsinə istənilən hücumu dəf etmək niyyətindədir.

"Bizim silahlı qüvvələrimiz hadisələrin istənilən inkişafına hazırdır", - nazir deyib.

Məqbərə və onun ətrafı Suriya ərazisində türk eksklavıdır və Türkiyə hərbçiləri onu qoruyurlar.

Hazırda türbə yerləşən kənd, "Əl-Qaidə" ilə bağlı "İraq İslam dövləti və Levant" (İİDL) qruplaşmasının yaraqlılarının əlinə keçib.

Xəbər lenti

Xəbər lenti