...

"Əl-Qaidə" silahlıları Yəmənin cənubunda 15 əsgər öldürüblər

Dünya xəbərləri Materials 30 Aprel 2014 05:43 (UTC +04:00)
Ölkənin cənubunda Şabva əyalətində toqquşmalar zamanı ən azı 15 yəmən əsgəri və 12 yaraqlı həlak olub.
"Əl-Qaidə" silahlıları Yəmənin cənubunda 15 əsgər öldürüblər

Azərbaycan, Bakı, 30 aprel / Trend /

Ölkənin cənubunda Şabva əyalətində toqquşmalar zamanı ən azı 15 yəmən əsgəri və 12 yaraqlı həlak olub. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Yəmən KİV-ləri məlumat yayıb.

Qondarma "Əl-Qaidə Ərəbistan yarımadasında" təşkilatının yaraqlıları qanunsuz silahlı birləşmələrin ləğvi ilə əlaqədar əməliyyatların aparılması üçün həmin əyalətə göndərilən əsgərlərdən ibarət dəstəyə hücum ediblər. Bundan başqa, bir neçə hərbçilər yaraqlılar tərəfindən əsir götürülüblər.

Öz növbəsində SƏBA Yəmən agentliyi Şabva əyalətində "Əl-Qaidə" bölməsinin dərhal beş liderlərinin məhv edilməsi barədə məlumat yayıb.

Yəmən ordusu çərşənbə axşamı səhər tezdən ölkənin cənubundakı Şabva və Abyen əyalətlərində yaraqlılara qarşı irimiqyaslı əməliyyatlara başlayıb. Əməliyyatda terrorizmlə mübarizədə ordunu dəstəkləyən yüzlərlə könüllü əsgərlər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti