...

İŞİD Suriya-İraq sərhədində Əbu-Kəmal şəhərini ələ keçirib

Dünya xəbərləri Materials 2 İyul 2014 07:00 (UTC +04:00)
İŞİD (İraq və Şam İslam Dövləti) təkfirçiləri üç gün ərzində digər yaraqlılarla qızğın döyüşlər nəticəsində Suriya-İraq sərhədində Əbu-Kəmal şəhəri üzərində nəzarəti ələ keçirib.
İŞİD Suriya-İraq sərhədində Əbu-Kəmal şəhərini ələ keçirib

Azərbaycan, Bakı, 2 iyul /Trend/

İŞİD (İraq və Şam İslam Dövləti) təkfirçiləri üç gün ərzində digər yaraqlılarla qızğın döyüşlər nəticəsində Suriya-İraq sərhədində Əbu-Kəmal şəhəri üzərində nəzarəti ələ keçirib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

Məlumata görə, İŞİD İraqdan kömək gələndən sonra qələbə qazanıb.

" İŞİD Deyr-əz-Zor əyalətindəki Əbu-Kəmal şəhəri üzərində tam nəzarəti "Əl-Qaidə"nin Suriya qanadı olan "Ən-Nusra" terror təşkilatının yaraqlılarına qarşı şiddətli döyüşlərdən sonra götürüb, - bu barədə insan hüquqlarının riayət olunması üzrə Suriya monitorinq mərkəzi (OSDH) bəyan edib.

Hazırda OSDH xəbər verir ki, döyüşlər Şheyl şəhərində gedir, orada "Ən-Nusra"nın bazası yerləşir.

Xəbər lenti

Xəbər lenti