...

Banqladeşdəki bərə qəzasından sonra ən azı 50 nəfər xilas edilib

Dünya xəbərləri Materials 4 Avqust 2014 12:17 (UTC +04:00)
Bazar ertəsi Banqladeş paytaxtı yaxınlığında sərnişinlə dolu bərənin qəzaya uğramasından sonra ən azı 50 nəfər xilas edilib.
Banqladeşdəki bərə qəzasından sonra ən azı 50 nəfər xilas edilib

Azərbaycan, Bakı, 4 avqust /Trend/

Bazar ertəsi Banqladeş paytaxtı yaxınlığında sərnişinlə dolu bərənin qəzaya uğramasından sonra ən azı 50 nəfər xilas edilib. Trend-in məlumatına görə, bu barədə "RİA Novosti" xəbər yayıb.

İnsident Padma çayında, ölkənin paytaxtı Dəkkədən təxminən 40 kilometr cənub-şərqdə baş verib. Müxtəlif məlumatlara görə, gəminin göyərtəsində 200-dən 450-dək adam olub.

Agentlik yerli polisin nümayəndəsi Tofazal Hüseynə istinadən xəbər yayıb ki, qəzadan sonra 50 nəfər sahilə çıxıb. Öz növbəsində, Banqladeşin "Prothom Alo" qəzeti şahidlərə istinadən bildirir ki, qəzada 110 nəfəri xilas etmək mümkün olub.

Digərlərinin taleyi hələlik naməlumdur. Bərəyə həddindən artıq sərnişin mindirildiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti