Azərbaycan, Bakı, 11 avqust/Trend/
NATO-nun baş katibi Anders Foq Rasmussen bu gün bəyan edib ki, İraq və Şam İslam Dövləti (İŞİD) qruplaşmasının silahlıları Türkiyəni təhdid edərsə, NATO bu ölkənin müdafiəsi üçün hər cür zəruri addımı atacaq. Bu barədə Trend bazar ertəsi RİA Novosti-yə istinadən məlumat verir.
O deyib: "Biz terrorçu yığnağı olan İŞİD-in fəaliyyətindən olduqca narahatıq. Hesab edirik ki, onları dayandırmaq çox vacibdir. Əgər müttəfiqlərimizdən biri, indiki halda isə Türkiyə təhlükəyə məruz qalarsa, biz Türkiyə və ya digər müttəfiqin səmərəli müdafiəsini təmin etmək məqsədilə dərhal hər cür zəruri addımları atacağıq".