Azərbaycan, Bakı, 29 avqust /Trend/
Avqustun 28-də Ermənistanın Tavuş vilayətinin Berd şəhərində hərbi qulluqçular minaya düşüblər.
Trend xəbər verir ki, ölkənin Müdafiə Nazirlyinin mətbuat xidmətinin rəhbəri Artsun Ovannisyanın "NEWS.am"a verdiyi məlumata görə, insident nəticəsində üçü zabit və biri əsgər olmaqla 4 hərbi qulluqçu yaralanıb. Hadisənin təfərrüatları araşdırılır.