Azərbaycan, Bakı, 15 sentyabr /Trend/
"Real"ın azarkeşləri klubun prezidenti Florentino Peresi öz postunu tərk etməyə çağırıblar. Trend xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi "Sport.es"ə istinadən məlumat yayıb.
İspaniya çempionatının üçüncü turunda "Atletiko" ilə (1:2) oyun zamanı "Kral klubu"nun azarkeşləri Peresi vəzifəsindən getməyə çağıraraq onun ünvanına şüarlar səsləndirməyə başlayıblar. Oyundan sonra azarkeşlər daha bir neçə dəfə öz tələblərini təkrarlayıblar.
Fanatlar Madrid derbisindəki məğlubiyyətdə məhz Peresi günahlandırırlar.
Yeni mövsümdə "Real" üç oyuna cəmi üç xal toplayıb.