...

Qəddafinin ailəsi Liviyaya qayıtmaq istəyir

Dünya xəbərləri Materials 6 Noyabr 2014 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Müəmmər Qəddafinin tərəfdarları, dul qadını və uşaqları da daxil olmaqla qohumları ölkədə vəziyyət sabitləşdikdən sonra Liviyaya qayıtmağa hazırlaşırlar. Bunu Liviyanın keçmiş liderinin əmisi oğlu və müşaviri, hazırda Misirdə yaşayan Əhməd Qəddaf əd-Dam bildirib. Trend xəbər verir ki, bu barədə TASS "Times" qəzetinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, hökumət qoşunlarının islamçıların əlində olan iri şəhərlər üzərində nəzarəti ələ ala bilərlərsə, ailə üzvləri yaxın iki ay ərzində vətənə qayıda bilərlər. Bu barədə ölkə rəhbərliyi ilə danışıqlar aparılır.

Əhməd Qəddaf əd-Dam bildirib: "Biz nikbin əhval-ruhiyyədəyik, bir neçə aydan sonra Liviyaya sülh gələcək. Və onda biz hamımız birlikdə Liviyaya qayıdacağıq".

O, həmçinin bəyan edib ki, Qəddafinin qohumları ölkənin xilas olması naminə düşmənlərlə barışmağa hazırdırlar.

Müəmmər Qəddafi 2011-ci ildə müxalifət tərəfindən devrilib və öldürülüb. O zamandan bəri ölkədə son dərəcə qeyri-sabit vəziyyət hökm sürür, islamçılarla hökumət qoşunları arasında silahlı münaqişə davam edir. Bu vəziyyət faktiki olaraq ölkədə ikihakimiyyətliliyə gətirib çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti