...

Türkiyə müxalifət liderinin avtomobil karvanı qəzaya uğrayıb

Dünya xəbərləri Materials 28 Noyabr 2014 16:50 (UTC +04:00)
Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçelinin avtomobil karvanı qəzaya uğrayıb.
Türkiyə müxalifət liderinin avtomobil karvanı qəzaya uğrayıb

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçelinin avtomobil karvanı qəzaya uğrayıb. Bu barədə Trend "Kanal7" telekanalına istinadən məlumat verir.

Məlumata əsasən, zəncirvari yol qəzası beş avtomobilin iştirakı ilə Tunceli vilayətində qeydə alınıb.

Hadisə nəticəsində ölən və yaralanan yoxdur.

Qeyd edək ki, bu gün MHP lideri D.Bahçeli ölkənin Tunceli vilayətinə səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti