...

ABŞ-ın sabiq prezidenti xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 24 Dekabr 2014 10:11 (UTC +04:00)
ABŞ-ın sabiq prezidenti Corc Buş (ata) tənəffüsü ilə bağlı problem hiss etdikdən sonra Hyustondakı xəstəxanalardan birinə yerləşdirilib.
ABŞ-ın sabiq prezidenti xəstəxanaya yerləşdirilib

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

ABŞ-ın sabiq prezidenti Corc Buş (ata) tənəffüsü ilə bağlı problem hiss etdikdən sonra Hyustondakı xəstəxanalardan birinə yerləşdirilib. Bu barədə onun nümayəndələri məlumat veriblər. Trend xəbər verir ki, məlumatı "İnterfaks" BBC News-a istinadən yayıb.

Sabiq prezidentin xəstəxanaya ehtiyat tədbiri kimi yerləşdirildiyi bildirilir. 90 yaşlı Buş xəstəxanada müayinədən keçəcək. Başqa təfərrüatlar barədə hələlik məlumat verilmir.

Corc Buş-ata 1989-1993-cü illərdə ABŞ-ın 41-ci prezidenti, Ronald Reyqanın dövründə isə vitse-prezident (1981-1989) və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru (1976-1977) olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti