...

Rusiya Metsamor AES-ə görə Ermənistana 270 milyon dollar verəcək

Dünya xəbərləri Materials 26 Dekabr 2014 14:47 (UTC +04:00)
Rusiya hökuməti Metsamor AES-in işləməsi müddətinin uzadılması işlərini maliyyələşdirmək üçün Ermənistana 270 milyon dollar məbləğində kreditin verilməsini bəyənib.
Rusiya Metsamor AES-ə görə Ermənistana 270 milyon dollar verəcək

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Rusiya hökuməti Metsamor AES-in işləməsi müddətinin uzadılması işlərini maliyyələşdirmək üçün Ermənistana 270 milyon dollar məbləğində kreditin verilməsini bəyənib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Bir müddət əvvəl Rusiya və Ermənistan Atom Elektrik Stansiyasının ikinci enerji blokunun istismar müddətinin uzadılması üzrə əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalayıblar. Tərəflər işlərin maliyyələşdirilməsinin Rusiya Federasiyasının Ermənistana verəcəyi kreditin hesabına həyata keçiriləcəyini razılaşdırıblar.

Rusiya hökumətinin saytında dərc olunmuş məlumatda deyilir: "Sərəncamın layihəsi Ermənistan ərazisində "Metsamor" Atom Elektrik Stansiyasının istismar müddətinin uzadılması işlərinin maliyyələşdirilməsi üçün 15 il müddətinə 270 milyon dollaradək məbləğdə dövlət ixracat kreditinin Ermənistana verilməsini nəzərdə tutur".

Ermənistan Atom Elektrik Stansiyasının ikinci enerji blokunun istismar müddəti 2016-cı ilin sentyabrında başa çatır. Şənbə günü imzalanacaq saziş stansiyanın istismar müddətinin uzadılması işlərinin görülməsini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti