Azərbaycan, Bakı, 13 yanvar /Trend/
Ukraynada səfərbərlik zamanı hərbi mükəlləfiyyətli kişilərlə yanaşı, hərbi mükəlləfiyyətli qadınlar da ordu sıralarına çağırıla bilər.
Trend-inTASS agentliyinə istinadən verdiyi məlumata əsasən, Ukrayna qanunvericiliyinə uyğun olaraq, hərbi mükəlləfiyyətli 25-60 yaşlı kişilər və 25-50 yaşlı qadınlar orduya çağırıla bilər.
Məlumata görə, qadınlar zərurət yaranacağı təqdirdə orduya çağırılacaq.
Qeyd edək ki, yanvarda ölkədə keçiriləcək səfərbərlik zamanı 50 min nəfərin orduya çağırılacağı bildirilir.