...

Ermənistanda aksiyalar davam edir

Dünya xəbərləri Materials 15 Yanvar 2015 14:58 (UTC +04:00)
Gümrüdəki qətl hadisəsi ilə əlaqədar onlarla insan Ermənistan Prezidenti Administrasiyasının binası qarşısında etiraz aksiyası keçirirlər.
Ermənistanda aksiyalar davam edir

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Gümrüdəki qətl hadisəsi ilə əlaqədar onlarla insan Ermənistan Prezidenti Administrasiyasının binası qarşısında etiraz aksiyası keçirirlər.

Trend-in cümə axşamı Ermənistan KİV-ə istinadən verdiyi məlumata əsasən, aksiyada məqsəd gümrülülərlə həmrəylik nümayiş etdirməkdir.

Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Qətli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakov törədib.

Aksiya iştirakçıları "Ermənistanda cəza" şüarları səsləndirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti