Azərbaycan, Bakı, 21 yanvar /Trend/
Ermənistan çərşənbə günü Davosda start götürəcək illik Beynəlxalq İqtisadi Forumda təmsil olunmayacaq. Trend xəbər verir ki, bu barədə "Jamanak" qəzeti hökumətin mətbuat xidmətinə istinadən məlumat verir.
Beynəlxalq İqtisadi Forum 21-24 yanvar tarixində İsveçrənin Davos şəhərində 45-ci dəfə keçiriləcək.
Gözlənildiyi kimi, forumda 50-dən artıq dövlət və hökumət başçıları daxil olmaqla təxminən 2,5 min iş adamı, siyasətçilər, QHT nümayəndələri və ekspertlər iştirak edəcəklər.