Azərbaycan, Bakı, 23 yanvar /Trend/
Səudiyyə Ərəbistanının kralı Abdullah ibn Əbdüləziz vəfat edib.
Trend-in məlumatına görə, bu barədə xəbəri Al-Arabiya agentliyi yayıb.
Ötən həftə səhhətində yaranan nasazlıq səbəbində xəstəxanaya çatdırılan krala qaraciyər sətəlcəmi diaqnozu qoyulmuşdu.
Vəfat edən kralın yerinə vəliəhd şahzadə Salman ibn Əbdüləziz təyin olunub.