Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir Məftun Salmanov/
Yunanıstanın Baş naziri Aleksis Sipras kurortlarda "hər şey daxildir" sistemi ilə işləyən hotellərdən imtina etməyə çağırıb. Trend-in çərşənbə günü xarici KİV-ə istinadən verdiyi məlumata görə, Baş nazir deyib ki, bu sistem kiçik biznes üçün təhdiddir.
O qeyd edib ki, turistlər "hər şey daxildir" prinsipi ilə işləyən mehmanxanaların ərazisini tərk etmir və nəticədə yerli restoranlar, kafelər, barlar, mağazalar və əyləncə obyektləri turistlərdən qazanc əldə etmirlər.
A.Sipras mərhələli olaraq digər turizm tipinə keçəcəklərini də vurğulayıb. İlkin olaraq bu sistemlə işləyən hotellər ƏDV-nin artması ilə üzləşəcəklər.