...

Türkiyə ermənilərin "soyqırımı"nı tanımayacaq

Dünya xəbərləri Materials 30 Yanvar 2015 10:07 (UTC +04:00)
Türkiyə 1915-ci il hadisələrini ermənilərin “soyqırımı” kimi tanımayacaq. Trend xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan "TRT-Haber” televiziya kanalına müsahibəsində deyib.
Türkiyə ermənilərin "soyqırımı"nı tanımayacaq

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Türkiyə 1915-ci il hadisələrini ermənilərin "soyqırımı" kimi tanımayacaq. Trend xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan "TRT-Haber" televiziya kanalına müsahibəsində deyib.

Ərdoğanın sözlərinə görə, Türkiyə dəfələrlə 1915-ci il hadisələrinə aydınlıq gətirmək üçün öz arxivlərini açdığını elan edib: "Əgər Ermənistanda da belə arxivlər varsa, qoy onlar da 1915-ci ilin həqiqətlərinə aydınlıq gətirmək üçün onları açsınlar".

Türkiyə Prezidenti onu da deyib ki, "tarixçilər bu məsələlərlə məşğul olmalıdırlar. Biz milyondan artıq sənəd təqdim etmişik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti