...

Yerevanda müxalifət güclü mitinq keçirəcəyini vəd edir

Dünya xəbərləri Materials 5 Fevral 2015 14:51 (UTC +04:00)
Yaxın vaxtlarda Ermənistanın vilayətlərində aksiyalar və Yerevanda güclü mitinq keçiriləcək.
Yerevanda müxalifət güclü mitinq keçirəcəyini vəd edir

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Yaxın vaxtlarda Ermənistanın vilayətlərində aksiyalar və Yerevanda güclü mitinq keçiriləcək. Bunu Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyan hakimiyyətdə təmsil olunmayan siyasi və ictimai qüvvələrin iştirakı ilə keçirilən toplantıda bildirib. Trend xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazır.

Onun sözlərinə görə, ölkədəki siyasi inhisarın kökü kəsilməlidir: "Ermənistana yeni keyfiyyətdə hakimiyyət, yeni təhsilli adamlar lazımdır. Вununla əlaqədar mən belə namizədləri dəstəkləməyə hazır olduğumu bəyan edirəm, ölkədə və onun hüdudlarından kənarda yaşayan erməniləri, yaxşı təhsil almış mütəxəssisləri hazırkı hakimiyyətə alternativlərin formalaşdırılması üçün birləşməyə dəvət edirəm. Top hakimiyyətdədir, lakin onun vaxtı əbədi deyil və o, qərar qəbul etməlidir".

Çiçəklənən Ermənistan Partiyasının lideri qeyd edib ki, hakim partiya istisna olmaqla, Ermənistandakı bütün siyasi qüvvələr özlərini oyundankənar hiss edirlər: "Və hakimiyyət yanaşmanı dəyişməli, digər siyasi qüvvələrə hakimiyyətdə olmaq imkanı verilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti