Azərbaycan, Bakı, 17 fevral /Trend/
Moskvadakı müvəqqəti saxlanma mərkəzində səkkiz əcnəbi miqrant pis saxlanma şəraitinə etiraz əlaməti olaraq öz damarlarını kəsib. Bu barədə Trend .am saytına istinadən xəbər verir.
Məlumata görə, yaralar təhlükəsiz olub, bütün xəsarət alanlara yerində yardım göstərilib.
Özlərinə xəsarət yetirənlər Ermənistan, Gürcüstan, Tacikistan və Ukraynadan gəlmələr olub. Onlar dövlət sərhədi rejimini pozduqlarına görə təcrid olunublar.