...

Malyariya təhlükəsi bu dəfə Myanmadan başlayır

Dünya xəbərləri Materials 20 Fevral 2015 12:42 (UTC +04:00)
Myanmada yayılmış malyariyanın yeni tipi müasir vasitələrlə müalicəyə tabe olmur və gələcəkdə qlobal pandemiyaya və milyonlarla insanın ölümünə səbəb ola bilər.
Malyariya təhlükəsi bu dəfə Myanmadan başlayır

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Myanmada yayılmış malyariyanın yeni tipi müasir vasitələrlə müalicəyə tabe olmur və gələcəkdə qlobal pandemiyaya və milyonlarla insanın ölümünə səbəb ola bilər. Trend xəbər verir ki. bu barədə "Bangkok Post" internet qəzeti Oksford və Tailandın Şahzadə Maxidola adına universitetlərinin alimlərinin apardıqları birgə araşdırmaya istinadən məlumat yayıb.

Myanmada birhüceyrəli qan paraziti olan plazmodiumun xüsusi tipinin arealı böyük sürətlə genişlənir. Bu parazit onunla yoluxmuş ağcaqanadın sancması vasitəsilə malyariyaya səbəb olur və genetik səviyyədə malyariyaya qarşı ən müasir vasitə olan artemizininə qətiyyən tabe olmur.

Son iki ildə alimlərin apardıqları araşdırmalar göstərir ki, artemizininlə müalicəyə tabe olmayan plazmodium Myanmadan sürətlə Hindistan sərhədlərinə doğru yayılır və hazırda onun sərhədi keçməsinə 30 kilometrə yaxın məsafə qalır.

Məlumatda deyilir: "Görünür ki, malyariya ilə bağlı tarix yenidən təkrarlanır: 1950-1970-ci illərdə Kambocadan xlorxininə davamlı olan plazmodium tipi yayılmışdı. Epidemiya Hindistan vasitəsilə yayılaraq qlobal pandemiyaya çevrildi və nəticədə milyonlarla insan öldü. Həlak olanların əksəriyyəti Afrikadan idi. İndi oxşar epidemiya, çox ehtimal ki, Myanmadan başlayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti