...

Boris Nemtsovun qətli ilə bağlı daha iki nəfər saxlanılıb

Dünya xəbərləri Materials 8 Mart 2015 00:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 mart /Trend/

Boris Nemtsovun qətli ilə bağlı daha iki nəfər şübhəli şəxs qismində saxlanılıb.

Trend İnquşetiya Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edən Albert Baraxoyevin sözlərinə istinadan məlumat verir ki, Anzor Qubaşev və Zaur Dadayevdən başqa iki nəfər də şübhəli şəxs qismidə saxlanılıb.

Baraxoyevin dediyinə görə, saxlanılan şəxslərdən biri böyük ehtimalla Nemtsovun qətli zamanı Dadayev ilə birlikdə maşında idi. Baraxoyev həmçinin Anzor Qubaşevin kiçik qardaşının saxlanılması faktını təsdiq edib. Verilən məlumata görə, Qubaşevin qardaşı son zamanlar KamAZ sürücüsü işləyirdi.

Saxlanılanların adları açıqlanmayıb.

Moskvanın Basmannı məhkəməsinin həmin şəxslərin həbs edilməsi barədə işə martın 8-də baxacağı gözlənilir.

Xatırladaq ki, müxalif siyasətçi B.Nemtsov fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti