...

Türkiyə Avropa Parlamentinin 1915-ci il hadisələri ilə bağlı qətnamə qəbul etməsinə əngəl törədəcək

Dünya xəbərləri Materials 10 Aprel 2015 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel,/Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə əlindən gələni edəcək ki, Avropa Parlamenti 1915-ci il hadisələri ilə bağlı qətnamə qəbul etməsin.

Trend-in "Hurriyet Daily News"a istinadən verdiyi məlumata görə, bunu Türkiyə XİN-in sözçüsü Tanju Bilqiç bildirib. O, Türkiyə rəsmilərinin Avropa Parlamentinə baş çəkəcəyini və sədr Martin Şultsla görüşəcəyini qeyd edib.

T.Bilqiçin sözlərinə görə, Danimarka parlamentinin oxşar qətnamə qəbul etməməsi üçün Türkiyə artıq lazım olan addımları atıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti