Azərbaycan, Bakı, 15 aprel /Trend/
Yaponiyada eniş zamanı Cənubi Koreya təyyarəsinin 27 sərnişini xəsarət alıb.
Trend-in İnterfax-a istinadən verdiyi məlumata görə, "Asiana Airways" şirkətinə aid "A320" təyyarəsi Xirosimada eniş edərkən uçuş zolağına yaxın yerləşən 18 metrlik kommunikasiya antennasına ilişib. Bundan sonra avialayner istiqamətini 90 dərəcə dəyişərək uçuş zolağından çıxıb.
Təyyarədə 73 sərnişin və 8 ekipaj üzvü olub. Sərnişinlərdən 25 nəfər, ekipaj üzvlərindən isə 2 nəfər xəsarət alıblar.
Təyyarədə olan bütün sərnişinlər evakuasiya olunub, zərərçəkənlərə təcili tibbi yardım göstərilib.