Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/
Avropa əməlləri sübuta yetirilmiş və məhkəmənin təqsirliyi bildiyi 657 cinayətkarın Türkiyəyə ekstradisiyasından boyun qaçırıb.
Trend-in "Anadolu" ya istinadən verdiyi məlumata görə, bundan əvvəl Türkiyə bir sıra Avropa ölkələrindən 713 cinayətkarın ekstradisiyasını tələb edib. İndiyə kimi ancaq 56 nəfərin ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Ekstradisiya tələbi rədd olunan 657 cinayətkarın 337 nəfəri PKK-nın, 242 nəfəri isə sol radikal terror təşkilatlarının, 69 nəfəri radikal dini təşkilatların, 11 nəfəri isə müxtəlif terror qruplaşmalarının üzvləridir.
Türkiyə rəsmi olaraq 15 təşkilatı terror təşkilatı kimi tanıyıb. Onların arasında Tunisdə fəaliyyət göstərən "Ansarul-Şaria", Livan və Suriyada fəaliyyət göstərən "Cabhat an-Nusra" və Nigeriyada möhkəmlənmiş "Boko Haram" təşkilatlarının adları da var.