Azərbaycan, Bakı, 6 may /Trend, müxbir Elçin Mehdiyev/
Almaniyanın Moskvadakı səfirliyində Rusiya Dövlət Dumasının Kommunist Partiyasından olan üzvlərinin və Kommunist Partiyasının fəallarının gətirdiyi hədiyyələrdən birini qəbul etməyiblər. Bu barədə Trend Rusiya mətbuatına istinadən xəbər verir.
Belə ki, səfirlik əməkdaşları içərisində Stalinin kiçik büstünün olduğu hədiyyəni qəbul etməkdən imtina ediblər.
II Dünya müharibəsində Qələbənin 70-ci ildönümünə həsr olunmuş aksiyada səfirlik əməkdaşları da kommunistlərə hədiyyələr veriblər.