Azərbaycan, Bakı, 14 may /Trend/
Ermənistan iqtisadiyyatı ardıcıl ikinci ildir ki, dövlət büdcəsində qarşıya qoyulmuş iqtisadi artım proqnozunu yerinə yetirmir.
Trend Ermənistan mətbuatına istinadən məlumat verir ki, bir çox beynəlxalq maliyyə strukturları 2015-ci ildə Ermənistan iqtisadiyyatının artımı üzrə artıq pis proqnozlar veriblər. Belə ki, bəziləri ÜDM-in artımını sıfıra yaxın qiymətləndirib, bəziləri isə Ermənistan iqtisadiyyatının zəifləməsini, resessiya, bəziləri isə tənəzzül proqnozlaşdırıb. Bununla yanaşı, Ermənistan Mərkəzi Bankının son məlumatlarına əsasən, ölkənin 2015-ci il iqtisadi artımı 0,4-2 faiz qiymətləndirilib.
Qeyd edək ki, xarici şoklar, xüsusilə sanksiyalar zamanı Rusiya iqtisadiyyanın zəifləməsi, həmçinin dolların möhkəmlənməsi ötən il Ermənistanın iqtisadi göstəricilərinə ciddi təsir edib. Belə ki, 2014-cü ilin nəticələrinə əsasən, ÜDM-in artımı 3,4 faiz təşkil edib.