...

Yaponiyada güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 25 May 2015 11:13 (UTC +04:00)
Bu gün Tokio rayonunda 5,6 bal gücündə güclü zəlzələ baş verib.
Yaponiyada güclü zəlzələ baş verib

Azərbaycan, Bakı, 25 may /Trend/

Bu gün Tokioda 5,6 bal gücündə zəlzələ baş verib. Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, bu barədə Yaponiyanın meteoroloji agentliyi xəbər verib.

Hökumət əvvəlcə sunami təhlükəsi ilə bağlı xəbərdarlıq etsə də sonradan bu elanı ləğv edib.

Zəlzələnin episentri Tokionun şimalında yerləşən Saytama prefekturasında, ocağı isə 50 kilometr dərinlikdə olub.

Zəlzələ nəticəsində Tokio metrosunda, həmçinin bəzi sürətli qatar xətlərində hərəkət dayanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti