...

Türkiyənin şüşə zavodunda yanğın baş verib: yaralılar var

Dünya xəbərləri Materials 27 May 2015 09:54 (UTC +04:00)
Bu gün Türkiyənin Eskişehir əyalətində şüşə zavodunda yanğın baş verib.
Türkiyənin şüşə zavodunda yanğın baş verib: yaralılar var

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir Hafiz Rufizoğlu/

Bu gün Türkiyənin Eskişehir əyalətində şüşə zavodunda yanğın baş verib. Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir.

Yanğın nəticəsində zavodun 6 işçisi müxtəlif dərəcəli yanıq xəsarəti alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Hadisənin səbəbi hələlik müəyyənləşdirilməyib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti