...

Yerevanda aclıq aksiyası keçirənlərin vəziyyəti pisləşir

Dünya xəbərləri Materials 2 İyul 2015 18:15 (UTC +04:00)
Yerevanın mərkəzində aclıq aksiyası keçirənlərin vəziyyəti pisləşir.
Yerevanda aclıq aksiyası keçirənlərin vəziyyəti pisləşir

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Yerevanın mərkəzində aclıq aksiyası keçirənlərin vəziyyəti pisləşir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, aclıq elan etmiş fəallardan biri yenidən özünü pis hiss edib.

Ötən gün aclıq aksiyası keçirənlərin müayinə edilməsi üçün təcili yardım çağırılsa da, onlar xəstəxanaya getməkdən imtina etmişdilər.

Qeyd edək ki, iyunun 19-da Yerevanda elektrik enerjisi tariflərinin 16 faiz bahalaşmasına qarşı başlamış etiraz aksiyaları indiyədək davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti