...

Etirazçılar yenidən Yerevanın mərkəzinə toplaşırlar

Dünya xəbərləri Materials 2 İyul 2015 20:55 (UTC +04:00)
Yerevanda iş günü qurtardıqdan sonra etirazçılar müddətsiz aksiya keçirmək üçün yenidən Baqramyan prospektinə toplaşırlar.
Etirazçılar yenidən Yerevanın mərkəzinə toplaşırlar

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Yerevanda iş günü qurtardıqdan sonra etirazçılar müddətsiz aksiya keçirmək üçün yenidən Baqramyan prospektinə toplaşırlar.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, eyni zamanda, şəhərin mərkəzi küçələri üzrə yürüş başlayıb. Yürüşdə xeyli sayda gənc iştirak edir.

Qeyd edək ki, iyunun 19-da Yerevanda elektrik enerjisi tariflərinin 16 faiz bahalaşmasına qarşı başlamış etiraz aksiyaları indiyədək davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti