...

Ermənistan ombudsmanı polisi qəddarlıqda ittiham edib

Dünya xəbərləri Materials 6 İyul 2015 19:12 (UTC +04:00)
Ermənistan ombudsmanı Karen Andreasyan iyunun 23-də Baqramyan prospektində polisin nümayişçilərə qarşı zorakılığı ilə bağlı bəyanatla çıxış edib.
Ermənistan ombudsmanı polisi qəddarlıqda ittiham edib

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Ermənistan ombudsmanı Karen Andreasyan iyunun 23-də Baqramyan prospektində polisin nümayişçilərə qarşı zorakılığı ilə bağlı bəyanatla çıxış edib.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bəyanatda iyunun 23-də baş vermiş hadisələrlə əlaqədar polisin izahat verməsi tələb edilir.

Ombudsman iyulun 3-də əldə edilmiş izahatlarla yayımlanmış videomateriallar və qeydə alınmış faktları müqayisə edərək belə qərara gəlib ki, polis nümayişçilərə qarşı qəddar davranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti