Azərbaycan, Bakı, 13 iyul /Trend/
Avropa İttifaqının liderləri Yunanıstan böhranından çıxış yollarını müzakirə etmək üçün xüsusi sammit keçirib. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.
Sammit iştirakçıları Afinanın avrozonadan xaric edilməməsinə dair qərar qəbul ediblər. Lakin bunun müqabilində Yunanıstan xarici kreditorlar qarşısında götürdüyü borc öhdəliklərini dəqiqliqlə yerinə yetirməlidir.
Toplantı iştirakçılarına yaxın mənbə Yunanıstana üçüncü paket yardımın ayrılması qərarını şərh edərkən deyib: "Bu yardım proqramı Afinanın öz öhdəliklərini yerinə yetirməsi ilə bilavasitə əlaqəli olacaq ".