...

Uitni Hyustonun qızı anasının mahnısının sədaları altında dəfn edilib

Dünya xəbərləri Materials 2 Avqust 2015 12:54 (UTC +04:00)
Dünya şöhrətli müğənni Uitni Hyustonun qızı Bobbi Kristina Braun Atlantada anasının qəbrinin yanında dəfn edilib.
Uitni Hyustonun qızı anasının mahnısının sədaları altında dəfn edilib

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Dünya şöhrətli müğənni Uitni Hyustonun qızı Bobbi Kristina Braun Atlantada anasının qəbrinin yanında dəfn edilib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Dəfn mərasimi Uitni Hyustonun "Jesus Loves Me" mahnısının sədaları altında keçib.

Qeyd edək ki, 22 yaşlı Bobbi Kristina Braun 6 ay komada qaldıqdan sonra iyulun 27-də vəfat edib. Onun narkotik aludəçisi olduğu bildirilirdi.

Xəbər lenti

Xəbər lenti