Azərbaycan, Bakı, 19 avqust /Trend/
Almaniyada naməlum şəxslər mağazaya daxil olaraq 1200 ədəd "Koenig Pilsener" pivə butulkalarını açaraq, onların qapaqlarını oğurlayıblar. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.
Müstəntiqlər guman edir ki, oğruların məqsədi qapaqlardan yararlanaraq, şirkətin təklif etdiyi hədiyyələrə sahib olmaqdır.
Şirkət nümayəndəsi kiminsə butulka qapağlarını oğurlaması üçün belə bir addım atmağına təəcüb etdiyini deyib.