Azərbaycan, Bakı, 24 avqust /Trend/
İstanbul boğazının altından keçən Avrasiya tunelində qazma işləri başa çatıb.
Trend-in Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyənin Baş naziri Əhməd Davudoğlu tuneldə görülən işlərlə tanış olub.
Ümumi uzunluğu 14.6 kilometr olan tunelin 3.4 kilometrlik hissəsi İstanbul boğazının altından keçir.
Bütövlükdə 2 milyard 245 milyon ABŞ dollarına başa gələcək tunelin 2017-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.