...

Türkiyə sahillərində miqrantları daşıyan qayıq gəmi ilə toqquşub, 13 nəfər ölüb

Dünya xəbərləri Materials 20 Sentyabr 2015 18:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Türkiyə sahillərində miqrantları daşıyan qayığın gəmi ilə toqquşması nəticəsində, 13 nəfər həyatını itirib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Məlumatına əsasən, qayıq Çanaqqala limanından Yunan adası Lesbosaya doğru hərəkət edirdi. Gəmidə ümumilikdə 46 nəfər olub, onlardan 13-ü ölüb, 20 nəfər xilas olunub, qalan 13 nəfər isə itkin düşüb.

Qeyd edək ki, ölənlərin arasında 4 nəfər uşaq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti