...

İrana daxil olan narkotik maddələrin yalnız 20-30 faizi aşkar olunur

Dünya xəbərləri Materials 1 Oktyabr 2015 11:25 (UTC +04:00)
Hər il İrana gətirilən narkotik maddələrin yalnız 20-30 faizini aşkar və müsadirə edə bilirik, narkotiklərin qalanı ya ölkədə istifadə olunur, ya da sərhədlərdən Avropaya nəql olunur.
İrana daxil olan narkotik maddələrin yalnız 20-30 faizi aşkar olunur

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Təmkin Cəfərov /

Hər il İrana gətirilən narkotik maddələrin yalnız 20-30 faizini aşkar və müsadirə edə bilirik, narkotiklərin qalanı ya ölkədə istifadə olunur, ya da sərhədlərdən Avropaya nəql olunur. Trend-in məlumatına görə, bu barədə İranın Narkotiklərlə Mübarizə Təşkilatının sədr müavini Pərviz Əfşara istinadən İRNA agentliyi məlumat verib.

P.Əfşar bildirib ki, İran narkotik tranzitindən həm maddi, həm də insan ölümünə görə, ən çox ziyan görən ölkədir.

P.Əfşar qeyd edib ki, ötən il Əfqanıstanda 6500 ton narkotik vasitə istehsal olunub, bu il üçün isə bu rəqəmin 8 min ton olacağı proqnozlaşdırılır: "Əfqanıstanda istehsal olunan narkotik vasitələrin böyük hissəsi İran vasitəsi ilə Avropa ölkələrinə tranzit olunur".

O deyib ki, ölkədə narkotik maddələrin istifadəsinin geniş yayılmasında əsas amillərdən biri narkotik vasitələrin asan əldə olunmasıdır.

Qeyd edək ki, bir neçə gün öncə İranın narkotiklərlə mübarizə polisinin rəisi general Əli Müəyyidi demişdi ki, cari ilin ilk altı ayında (İranda il martın 20-də dəyişir) narkotik qaçaqmalçılığı ilə məşğul olan 1300 dəstə dağıdılıb, 20 silahlı qaçaqçı öldürülüb.

Ə.Müəyyidi əlavə etmişdi ki, bu müddət ərzində narkotik qaçaqmalçılar və İran polisi arasında 1000 dəfə silahlı qarşıdurma baş verib: "Cari ilin ilk altı ayından 300 ton narkotik maddə müsadirə olunub ki, bu ötən illə müqayisədə 20 faiz çoxdur."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti