...

Baş nazir: Azərbaycan-Türkiyə əməkdaşlığı regionun xeyrinədir

Dünya xəbərləri Materials 8 Dekabr 2015 14:32 (UTC +04:00)
Azərbaycan-Türkiyə münasibətləri bütün regiona fayda verir.
Baş nazir: Azərbaycan-Türkiyə əməkdaşlığı regionun xeyrinədir

Bakı. Rufiz Hafizoğlu - Trend.

Azərbaycan-Türkiyə münasibətləri bütün regiona fayda verir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.

O qeyd edib ki, hazırda iki ölkə arasında münasibətlər yüksək səviyyədədir və həmişə belə qalacaq: "Azərbaycan və Türkiyə hazlrda bir çox vacib enerji layihələrini reallaşdırır".

Baş nazir Bakıya səfəri zamanı göstərilən dəstəyə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti