Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:32-də yayılıb)
Bakı. Trend:
Almaniya Kansleri Angela Merkelin ofisinin binası ətrafında polis mühasirəsi aradan qaldırılıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Şübhəli əşya tapılmadığına görə mühasirə aradan qaldırılıb.
Daha əvvəl verilmiş məlumata əsasən, A.Merkelin ofisi şübhəli qutu tapıldığı üçün bağlanmışdı.