...

Tbilisidə "Qazprom" əleyhinə aksiya keçiriləcək

Dünya xəbərləri Materials 16 Yanvar 2016 16:17 (UTC +04:00)

Bakı. Trend:

Gürcüstanın bir neçə qeyri-hökumət təşkilatının iştirakı ilə bü gün Tbilisdə "Qazprom" əleyhinə aksiya keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Sputnik-də məlumat yayılıb.

Gürcüstanın energetika naziri Kaxi Kaladze ilə "Qazprom"un idarə heyətinin sədri Aleksey Miller arasında aparılan danışıqlar Gürcüstanda ajiotaj yaradib.

Gürcüstan müxalifəti, xüsusilə də "Milli Birlik Hərəkatı" nümayəndələri bu addımı tənqidlə qarşılayıblar. Ekspertlərin fikrincə isə bu, Gürcüstanın enerji sərbəstliyini təhlükə altına alır.

Xatırladaq ki, Gürcüstanın əsas qaz tədarükçüsü Azərbaycandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti