...

ABŞ hərbi büdcəsini 4 dəfə artırmaq niyyətindədir

Dünya xəbərləri Materials 2 Fevral 2016 11:57 (UTC +04:00)
ABŞ Müdafiə nazirliyi bu həftə ölkənin hərbi büdcəsini 4 dəfə artırmaq təklifi ilə çıxış etmək niyyətindədir.
ABŞ hərbi büdcəsini 4 dəfə artırmaq niyyətindədir

Bakı. Elçin Hüseynov - Trend:

ABŞ Müdafiə nazirliyi bu həftə ölkənin hərbi büdcəsini 4 dəfə artırmaq təklifi ilə çıxış etmək niyyətindədir. Buna səbəb isə Rusiya və Çinin artan hərbi gücüdür. Bu barədə Trend "The Washington Post" qəzetinə istinadən məlumat verir.

Gözlənilir ki, Pentaqonun başçısı Eşton Karter çərşənbə axşamı 2017-ci maliyyə ili üçün hərbi büdcəyə dair öz təkliflərini təqdim edəcək.

ABŞ hərbi büdcəsini 4 dəfə artırmaqla Avropadaki hərbi təmsilçiliyini artirmaq istəyir.

"The Washington Post" yazır ki, Vaşinqton döyüş nəqliyyatı və diqər avadanlıqların Avropa ölkələrində yerləşdirmək, müttəfiqlərin hərbi infrastrukturunu möhkəmləndirmək və ixtisaslaşmış hərbçilər hazırlamaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti