...

İran yeni ballistik raketləri sınaqdan keçirib

Dünya xəbərləri Materials 9 Mart 2016 11:22 (UTC +04:00)

Bakı. Elçin Hüseynov - Trend:

İranın Hərbi Hava Qüvvələri (HHQ) ballistik raketlərinin ikinci test sınaqlarını keçirib. Bu barədə Trend Reuters-ə istinadən xəbər verir.

Məlumata əsasən, sınaqdan İran istehsalı olan yeni nəsil iki ballistik raket keçirilib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) HHQ-nın komandanı, general Əmir Əli Hacızadə bəyan edib ki, ölkənin müxtəlif nöqtələrindən uzaq, orta və yaxın mənzilli raketlərin buraxılması həyata keçirilib.

ABŞ Dövlət Departamentinin sozcüsü Con Kirbi bəyan edib ki, keçirilən sınaqlar İranın nüvə proqramı ilə bağlı əldə edilmiş razılaşmanı pozmur, amma BMT-nin Təhlükəsizlik Şürasının 2231 saylı qətnaməsinə ziddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti