...

Rusiya XİN: Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi müvəqqətidir

Dünya xəbərləri Materials 26 Mart 2016 06:06 (UTC +04:00)
Türkiyə ilə Rusiya arasında münaqişə müvəqqəti xarakter daşıyır.
Rusiya XİN: Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi müvəqqətidir

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyə ilə Rusiya arasında münaqişə müvəqqəti xarakter daşıyır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu Rusiyanın XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bidirib.

"Əlbəttə", - deyə Mariya Zaxarova Moskva və Ankaranın münaqişəsinin müvəqqəti xarakter daşıyıb-daşımadığı barədə sualı cavablandırarkən deyib.

Bununla yanaşı, onun sözlərinə görə, "Rusiya və Türkiyənin ikitərəfli münasibətləri məsələsi" ABŞ-ın dövlət katibi Con Kerri ilə Moskvada müzakirə olunmayıb.

Xəbər lenti

Xəbər lenti