...

Rusiya və Ermənistan XİN başçıları Moskvada görüşəcək

Dünya xəbərləri Materials 6 Aprel 2016 14:35 (UTC +04:00)
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan aprelin 8-i Moskvaya yola düşəcək və rusiyalı həmkarı Sergey Lavrov ilə görüş keçirəcək.
Rusiya və Ermənistan XİN başçıları Moskvada görüşəcək

Bakı. Elçin Hüseynov - Trend:

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan aprelin 8-i Moskvaya yola düşəcək və rusiyalı həmkarı Sergey Lavrov ilə görüş keçirəcək.

Trend TASS-a istinadən məlumat verir ki, bu barədə Ermənistan XİN başçısının Facebook səhifəsində bildirilir.

E.Nalbandyan həmin gün Moskvada planlaşdırılan MDB ölkələrinin Xarici İşlər Nazirlərinin Şurasının iclasında da iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti