Bakı. Rufiz Hafizoğlu - Trend:
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) iştirakçı ölkələri Arbitraj mərkəzi yaratmalıdır.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının XIII sammitində çıxış edərkən deyib.
Onun sözlərinə görə, İƏT ölkələri daxili mübahisələrinin nizamlanması üçün beynəlxalq arbitraj məhkəməsinə müraciət etməməlidirlər.